Prezident Qazaxıstana işgüzar səfərə getdi

Prezident Qazaxıstana işgüzar səfərə getdi
15.05.2026 12:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gedib.

TodayPress TV xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar.

TodayPress TV

ФОТО

Prezident Qazaxıstana işgüzar səfərə getdi — 1
Prezident Qazaxıstana işgüzar səfərə getdi — 2
Prezident Qazaxıstana işgüzar səfərə getdi — 3
Prezident Qazaxıstana işgüzar səfərə getdi — 4
Prezident Qazaxıstana işgüzar səfərə getdi — 5
ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости