Hikmət Hacıyev Tomaş Simonyakla görüşdü - Nələr müzakirə olundu?

Hikmət Hacıyev Tomaş Simonyakla görüşdü - Nələr müzakirə olundu?
07.05.2026 15:49

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.

TodayPress TV xəbər verir, bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.

Polşa rəsmisi Hikmət Hacıyevlə ikitərəfli münasibətləri - xüsusən də təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edib.

Tərəflər İrandakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair fikir mübadiləsi aparıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости