Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi
Livan rəsmiləri ABŞ-nin vasitəçiliyi ilə təqdim olunan hücumların dayandırılması təklifinin "Hizbullah" tərəfindən qəbul edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, əldə olunan razılaşmaya əsasən, İsrail Beyrutun cənubundakı Dahiya bölgəsinə zərbələri dayandıracaq. Bunun müqabilində "Hizbullah" da İsrailə qarşı hücumları dayandıracaq.
Tərəflər arasında razılaşmanın ABŞ-nin vasitəçiliyi ilə əldə olunduğu bildirilir.