Uitkoff Berlinə gedir: Ukrayna üzrə danışıqlar gözlənilir
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bu həftəsonu Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək üçün Berlində Volodimir Zelenski və Avropa liderləri ilə görüşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts də yer alacaq.
Qiymət Mahir