Polşaya ilk "F-35" qırıcıları çatdı: Ölkə 5-ci nəsil döyüş təyyarələrinə sahib oldu
ABŞ-dən Polşa tərəfindən alınan "F-35 Lightning II" qırıcılarının ilk üçü ölkənin mərkəzində yerləşən Lask şəhərindəki 32-ci taktiki aviabazada eniş edib.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, "F-35 PL" versiyalı qırıcıların Polşaya gətirilməsi ilə ölkə 5-ci nəsil döyüş təyyarələrinə sahib dövlətlər sırasına qoşulub.
Qeyd olunub ki, bu təyyarələrin əsas üstünlüklərindən biri aşağı görünmə xüsusiyyətidir və bu imkan güclü hava hücumundan müdafiə sistemlərinə qarşı əməliyyatların effektiv icrasına şərait yaradır.
Aysel Mətləb