Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı

Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı
01.06.2026 23:11

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

TodayPress TV xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, barəsində cinayət işi açılan Mher Mirzoyan azı 4 nəfərlə birlikdə Nikol Paşinyan-a qarşı sui-qəsd hazırlayıb.

Məlumatda bildirilir ki, iş üzrə qətl hazırlığı, kiber sabotaj və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı əməllər üzrə ilkin istintaq aparılır.

Daha əvvəl internetdə yayılan videoda maskalı və silahlı bir qrup şəxsin Paşinyanı təhdid etdiyi və təhqir etdiyi iddia olunub.

TodayPress TV