Papa Leo İrlandiyanın Baş naziri ilə regional hadisələri müzakirə etdi
Roma Papası XIV Leo Vatikanda İrlandiyanın Baş naziri Mişel Martin ilə görüşərək qlobal sülh səylərini, həmçinin regional və beynəlxalq hadisələri müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər bir sıra regional və beynəlxalq siyasi məsələləri, o cümlədən Avropa və Yaxın Şərqdəki hadisələri və hər iki regionda sülh perspektivlərini nəzərdən keçiriblər.
Danışıqlarda İrlandiyanın sosial-iqtisadi vəziyyəti, Katolik Kilsəsi ilə İrlandiya dövləti arasındakı münasibətlər də əhatə olunub.
Aysel Mətləb