Pakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb.
TodayPress TV-nin məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir.
"Qatar Kvettadan Pakistanın cənub-qərbindəki Peşəvər şəhərinə doğru hərəkət edərkən partlayıcı maddə ilə doldurulmuş avtomobil vaqonlardan birinə çırpılıb", - deyə o bildirib və əlavə edib ki, xəsarət alanlar və həlak olanlar arasında hərbi qulluqçular və onların ailə üzvləri də var.
Ehtimal olunur ki, cinayəti Bəlucistan separatçıları törədə bilərlər.