Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan İrəvanda məzuniyyətdə olduğu vaxt təcili şəkildə Moskvaya qayıdıb.
TodayPress TV xəbər verir ki, bu barədə “168 Jam” nəşri məlumat yayıb.
Məlumata görə, səfir Rusiyadan səslənən son bəyanatlar və Ermənistan məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlər fonunda Moskvaya geri dönüb.
Nəşrin yazdığına görə, Arsenyanın əsas vəzifəsi Rusiya tərəfdaşları ilə dialoqu bərpa etmək və münasibətləri normallaşdırmağa çalışmaqdır.