Macarıstan münaqişə zonasına silah göndərməyəcək - Madyar

Macarıstan münaqişə zonasına silah göndərməyəcək - Madyar
29.05.2026 02:00

Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcəyi ilə bağlı NATO-nu məlumatlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri Peter Madyar Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra sosial şəbəkə hesabında yazıb.

“Baş katibə məlumat verdim ki, Macarıstan münaqişə zonasına heç bir silah və ya hərbi texnika göndərməyəcək", - deyə Baş nazir bildirib.

O, eyni zamanda, Rutteni əmin edib ki, Macarıstan əvvəlki kimi dünyanın ən güclü hərbi və müdafiə alyansının etibarlı tərəfdaşı olacaq.

TodayPress TV