Kemal Kılıçdaroğluna qarşı sərt aksiya: Fotosunu cırıb tapdaladılar - VİDEO
Türkiyədə Kemal Kılıçdaroğlunun yenidən ana müxalifət partiyası CHP-yə başqan seçilməsindən sonra partiya daxilinda böhran baş verib.
TodayPress TV xəbər verir ki, CHP Baş Qərargahında toplaşan bir qrup partiya üzvü sabiq sədr Kemal Kılıçdaroğluna məxsus fotonu divardan endirib. Daha sonra şəkil parçalanıb və ayaqlar altında tapdalanıb.
Hadisə zamanı izdihamın “Xain” şüarları səsləndirdiyi müşahidə olunub.
Baş verən insident partiya daxilindəki gərginliyin növbəti dəfə açıq şəkildə üzə çıxması kimi qiymətləndirilir.