İsrail ordusu quru əməliyyatlarını genişləndirir?
İsrail hərbçiləri Livanın cənubunda yaradılmış təhlükəsizlik zonasının hüdudlarından kənarda döyüş tapşırıqlarının icrasına başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Ordusuna istinadən məlumat yayıb.
Ordu nəşrə bildirib ki, son günlərdə Livanın cənubundakı bəzi rayonlarda quru əməliyyatları müəyyən edilmiş təhlükəsizlik zonasının hüdudlarından kənara doğru genişləndirilib.
Öz növbəsində, bəzi İsrail KİV-ləri məlumat verir ki, bu addım "Hizbullah" qruplaşmasını daha da şimala sıxışdırmaq və PUA-lar vasitəsilə İsrail ərazisinə törədilən hücum təhlükəsini azaltmaq məqsədilə atılıb.
Aysel Mətləb