ABŞ və İran arasında tarixi razılaşma - atəşkəs layihəsi qəbul edildi
ABŞ və İran Pakistanın vasitəçiliyi ilə yekun razılaşma layihəsini qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Bildirilib ki, razılaşma dərhal atəşkəsin elan olunmasını, infrastruktura yönəlmiş hücumların dayandırılmasını, Fars körfəzində dəniz daşımalarının təhlükəsizliyinə təminat verilməsini və İrana qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutur.
Razılaşma yaxın saatlarda açıqlana bilər.