ABŞ Hindistana neft ixracını artırmaq istəyir - Rubio

ABŞ Hindistana neft ixracını artırmaq istəyir - Rubio
21.05.2026 21:00

ABŞ Hindistanı Amerikadan neft idxalının həcmini artırmağa, həmçinin bu xammalı Venesueladan da satın almağa inandırır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.

O həmçinin bildirib ki, Venesuelanın Prezidenti Delsi Rodriqes gələn həftə Hindistana səfər etməyi planlaşdırır.

ABŞ-dan Hindistana neft tədarükünün genişləndirilməsi perspektivlərini şərh edən M. Rubio bildirib:

"Biz onlara ala biləcəkləri qədər çox enerji daşıyıcısı satmaq istəyirik".

Aysel Mətləb

TodayPress TV