87 günlük sükut pozuldu: "Traxtor" geri döndü!

87 günlük sükut pozuldu: "Traxtor"  geri döndü!
26.05.2026 17:56

Təbrizin "Traxtor" futbol klubunun rəsmi sosial şəbəkə hesabı 87 günlük susqunluqdan sonra yenidən fəaliyyətə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klub öz Facebook hesabında paylaşım edib.

Klubun paylaşımında "87 gün sonra! Biz geri döndük!" ifadəsi yazılıb.

Xatırladaq ki, son bir neçə aydır ABŞ-İsrail qüvvələri ilə qarşıdurmalar fonunda İranda internetə tətbiq olunan ciddi məhdudiyyətlər səbəbindən bir çox qurum və şəxslər sosial şəbəkə hesablarına giriş edə bilmirdilər. İran Prezidenti Məsud Pezeşkian mayın 26-da ölkədə internet xidmətinin bərpası ilə bağlı qərar verib.

Klubun bu paylaşımı azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Jalə Rövşən

TodayPress TV