ÇL-də kritik gecə - “Arsenal” və “Atletiko” final uğrunda üz-üzə
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) ilk finalçı məlum olacaq.
TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçlarına “Arsenal” – “Atletiko Madrid” qarşılaşması ilə start veriləcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq London qarşılaşmasını FIFA referisi Daniel Zibert idarə edəcək.
Bu komandalar arasında Madriddə baş tutan ilk yarımfinal matçında heç-heçə qeydə alınıb – 1:1.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin digər cavab matçı mayın 6-da Münhendə “Bavariya” və PSJ klubalrı arasında oynanılacaq.
Namiq HUN