Putin Naxçıvana edilən dron hücumundan niyə danışmadı? – RƏY

Putin Naxçıvana edilən dron hücumundan niyə danışmadı? – RƏY
12.03.2026 15:40 Аналитика

Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.


O, Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.      

Lakin Putin telefon danışığı zamanı İran tərəfindən Naxçıvana edilən dron hücumu haqqında danışmayıb. 

Maraqlıdır, Putinin bu mövzuda susmasının səbəbi nədir? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib k, bunun əsas səbəbi Rusiyanın İranı dəstəkləməsidir:   


“Rusiya ABŞ-İsrail hərbi müdaxiləsi kontekstində İranı müdafiə edir və hesab edir ki, ABŞ ilə İsrailin İrana hərbi hücumu beynəlxalq hüquqa ziddir. Bununla da Rusiya dolayısı ilə özü-özünü təkzib etmiş olur. Belə ki, əgər ABŞ və İsrailin hərbi müdaxiləsi beynəlxalq hüquqa ziddirsə, Rusiya eyni addımı 24 fevral 2022-ci ildə Ukraynaya qarşı niyə atmışdı? Rusiya bunu müxtəlif təhlükəsizlik və geosiyasi bəhanələrlə izah etməyə çalışsa da, bu, beynəlxalq hüquqla daban-dabana zidd idi, lakin o, bu gün də özünü haqlı saymaqda davam edir”.

Analitik Rusiyanın Azərbaycana qarşı mövqeyinin ədalətli olmadığını ifadə edib:

“Rusiya İranla strateji tərəfdaşlıq sənədi imzalamış olsa da, ondan üç il əvvəl — 2022-ci ilin fevralında Azərbaycanla da müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayıb. Azərbaycanın bu münaqişədə tərəf olmadığı və ölkə ərazisində heç bir xarici hərbi bazanın yerləşmədiyi bir şəraitdə İrandan Naxçıvana dronların atılması Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına təcavüz kimi qiymətləndirilməlidir. Ona görə də Rusiya, kiminlə müttəfiq olmasından asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məsələyə beynəlxalq hüquq prizmasından yanaşmalı idi. Lakin Rusiya hüququ deyil, öz xislətinə uyğun olanı seçdi. Çünki Rusiya hər zaman təcavüzkar bir dövlət olub və başqalarına qarşı güc amilindən istifadə etmək siyasətini bu gün də davam etdirir. Rusiyanın həm dünya, həm də öz xalqı üçün bəla olan İran rejimini müdafiə etməsinin heç bir məntiqi izahı yoxdur”.

N.Miri Azərbaycana məxsus təyyarənin Rusiya tərəfindən vurulmasını da xatırladıb:


“Rusiyanın Azərbaycanın mülki təyyarəsini vurması hadisəsi hələ də açıq qalır ki, bu da Rusiyanın əsl simasını ortaya qoyur. Bu səbəbdən Rusiyadan fərqli davranış gözləmək əbəsdir. Rusiyaya qarşı məhz onun tətbiq etdiyi metodlarla adekvat cavab verilməlidir. Əks təqdirdə, Rusiya özünü hər kəsdən üstün görərək əsassız iddialarını davam etdirəcək”, - deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, martın 5-də İran ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə alması beynəlxalq səviyyədə ciddi reaksiyalara səbəb olub.

Belə ki, İran ərazisindən uçduğu bildirilən dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının binasına zərər vurub, digəri isə Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.

Hadisədən sonra bir sıra ölkələr və beynəlxalq aktorlar hücumu pisləyərək Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklərini ifadə ediblər.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости