Moskva SUSUR: Tehrana dəstək NİYƏ GƏLMƏDİ?

Moskva SUSUR: Tehrana dəstək NİYƏ GƏLMƏDİ?
03.03.2026 15:34 Аналитика

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda beynəlxalq güclərin mövqeyi xüsusi maraq doğurur. ABŞ–İran–İsrail qarşıdurması fonunda əsas suallardan biri də Rusiyanın baş verənlərə mümkün reaksiyasıdır. 

Maraqlıdır, Moskva Tehranı açıq şəkildə dəstəkləyəcək, yoxsa prosesə soyuqqanlı yanaşacaq?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Kamran Sultanlı Rusiya və İranın hər zaman rəqib olduğunu bildirib: 


“Rusiyanın İsraillə xüsusi münasibətləri var. Bu gün İsrail əhalisinin təxminən 10-15 faizi rusdillidir. Rusiya orada uzun illərdir nüfuz qurmağa çalışır. Kreml ətrafında böyük yəhudi elitası mövcuddur. Rusiya İranın pulunu ödədiyi silahları belə ona illərlə satmadı, prosesi gecikdirdi. Rusiya yəhudi dövlətinin mövcudluğunun ləğvində heç bir zaman maraqlı olmayacaq. Sovetlər dövründə Fələstinə dəstək var idi, bunun səbəbi İsrailin ABŞ-ni seçməsi idi. Amma buna baxmayaraq, yəhudi dövlətinin məhv edilməsi heç vaxt rəsmi siyasət olmayıb”. 

Ekspert qeyd edib ki, sovetlərin bolşevik inqilabında əsas rolu yəhudilər oynayıb, çünki Rusiya imperiyası tipik qərb imperiyası kimi onlara qarşı repressiyalar həyata keçirirdi. 

K.Sultanlı, həmçinin Rusiyanın İran qarşısında ona dəstək verməklə bağlı hərbi öhdəliyi olmadığını da əlavə edib:  


“Bu öhdəlik yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və Şimali Koreya qarşısında mövcuddur. Şimali Koreyaya İrana həmin zəmanəti verməyib. Çünki düşünür ki, ABŞ Şimali Koreyaya hücum etməyəcək. KTMT də istər-istəməz Rusiyanın təsir zonasıdır və ora birbaşa müdaxilə asan deyil. Amma başqa bir məqam da var: əgər böyük dövlət öz müttəfiqini qorumaq istəmirsə, ondan da boyun qaçıra və razılaşmalarda boşluq tapa bilər. Məsələn, Rusiya Ermənistana dəstək vermədi, istəmədi. Tərəzidə Azərbaycan və Türkiyə daha ağır gəldi. ABŞ-də NATO-nu qorumaq istəmir...”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости