Geriyə YOL YOXDUR! Qarşıdurmadan hərbi toqquşmaya...

Geriyə YOL YOXDUR! Qarşıdurmadan hərbi toqquşmaya...
25.02.2026 22:52 Аналитика

ABŞ Prezidenti Donald Tramp Konqresdə illik çıxışı zamanı İranla bağlı danışarkən bildirib ki, onlar artıq Avropanı və xaricdəki bazaları təhdid edə biləcək raketlər hazırlayıblar və tezliklə ABŞ-yə çatacaq raketlər yaratmaq üzərində işləyirlər.


Bəs həqiqətən də İranın ABŞ-yə çata biləcək raket imkanları varmı?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov TodayPress TV-yə danışarkən bildirib ki, İranın uzunmənzilli raket sınaqları regionda gərginliyi artırsa da, məsələ hərbi deyil, siyasi-diplomatik müstəvidə həll olunmalıdır.


"İranın Rusiya ilə razılaşma əsasında 10 min kilometr məsafə qət edən raketi sınaqdan keçirməsi və onun hədəfə çatması ABŞ-nin narahatlığını artırıb. Donald Trampın İranın raket proqramı ilə bağlı səsləndirdiyi fikirlər müəyyən reallıqlara söykənir və Tehran bu sahədə yeni mərhələyə keçib", - deyə analitik xatırladıb.

Siyasi şərhçi vurğulayıb ki, İran uzunmənzilli raketləri ilk növbədə müdafiə məqsədilə hazırladığını bildirir və öz təhlükəsizlik sistemini gücləndirməyə çalışır. ABŞ isə İranı öz milli təhlükəsizliyi üçün potensial təhdid kimi qiymətləndirir və buna cavab olaraq sanksiya siyasətini sərtləşdirir.


T. Abbasov əlavə edib ki, son illər ABŞ tərəfindən tətbiq olunan sanksiyalar təkcə iqtisadi sahəni deyil, həm də dövlət rəsmilərini və hətta alimləri əhatə edir. Onun sözlərinə görə, Davosda ABŞ maliyyə naziri Skott Bessent İran valyutasının zəifləməsində Vaşinqtonun rolunu açıq şəkildə etiraf edib və təzyiqlərin davam edəcəyini bildirib.

"İki ölkə arasında münasibətlər hazırda antaqonizm mərhələsindədir və kompromis imkanları zəifləyib. Tehran münasibətlərin yalnız bərabərhüquqlu əsasda qurulmasını istəyir və "hədə-qorxu" xarakterli yanaşmanı qəbul etmir", - deyə siyasi analitik izah edib.


Ekspert sonda bildirib ki, əgər tərəflər geri addım ataraq dialoqa başlamasalar, qarşıdurma daha da dərinləşə və hərbi toqquşmaya çevrilə bilər. 

Onun qənaətincə, mümkün müharibə həm region, həm də beynəlxalq təhlükəsizlik üçün ciddi fəsadlar yarada bilər və bu səbəbdən diplomatiya əsas çıxış yolu kimi nəzərdən keçirilməlidir

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости