Ermənilərin dilini bilən ən mahir psixoloq Əliyevdir — Nəyi, necə, nə zaman?

Ermənilərin dilini bilən ən mahir psixoloq Əliyevdir — Nəyi, necə, nə zaman?
12.05.2026 12:22 Аналитика

Bəzən çoxdan bildiyimiz həqiqətlər gözlənilməz bir anda qarşımıza tam fərqli rakursdan çıxır. 

Bir neçə gün öncə erməni bir jurnalistin səhifəsində Azərbaycana ünvanlanmış "sülh çağırışı" paylaşımına rast gəldim. Peşə vərdişimdir, həmişə şərhləri analiz edirəm. Maraqlı mənzərə ilə rastlaşdım, onlarla erməni istifadəçisi Azərbaycan dilində şərhlər yazmışdı.

Bəlkə də düşünəcəksiniz ki, texnologiya əsrində burada qeyri-adi nə var? “Google Translate” hər şeyi həll edir. Amma məsələ o deyil. Şərhlərin çoxu "ingilis klaviaturası" üslubunda, tərcümə proqramlarının vermədiyi o təbii jarqonla yazılmışdı. Əslində, çoxumuza məlumdur ki, qarşı tərəfdə dilimizi mükəmməl bilənlərin sayı az deyil. Buna Qarabağdan köçən ermənilərin verdiyi müsahibələrdə də şahid olmuşuq. Hətta 2025-2026-cı tədris ilində Ermənistanın 3 dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunur. Əvvəlki illərdə (2022-2023) də 4 məktəbdə Azərbaycan dili tədris olunurdu, amma indi daha rəsmi və genişləndirilmiş formada başlayıb.

Bu mənzərə mənə başqa bir hadisəni xatırlatdı. Təxminən iki il əvvəl "TikTok"da bir həmyerlimizə rast gəlirdim. Bir neçə xarici dillə yanaşı, erməni dilini də bilir və səhv etmirəmsə, bunun tədrisi ilə məşğul olurdu. Təsəvvür edirsiniz, xanımı erməni dilini bildiyinə görə necə linç edir, hansı ağır təhqirlərə məruz qoyurdular?

Bəs düşmənin dilinə vaqif olmaq, əslində elə onun silahına vaqif olmaq demək deyilmi?

Ermənistanla münasibətlərin mövcud konyukturasında "erməni dilini bilmək" anlayışı iki fundamental müstəvidə nəzərdən keçirilməlidir: Psixoloji-siyasi dərketmə və semantik-linqvistik hazırlıq.

Birinci müstəvi düşmən xalqın psixologiyasına, onun siyasi ritorikasına və niyyətlərinə bələd olmaqdır. Prezident İlham Əliyev öz fəaliyyəti ilə erməni xalqının və siyasi elitasının psixologiyasını nə dərəcədə dərindən bildiyini dəfələrlə sübut edib. Ermənistanın revanşist və işğalçı mahiyyəti fonunda Azərbaycan dövləti onlarla məhz "anladıqları dildə" – hərbi-strateji güc yolu ilə danışaraq ədaləti bərpa etdi. Dövlət başçısının Zəngilanda verdiyi son açıqlamalar da revanşist qüvvələrin hakimiyyət ambisiyalarına qarşı bir xəbərdarlıq mahiyyəti daşıyır. Bu, düşmənin hərbi və siyasi gedişlərini öncədən oxumağın bariz nümunəsidir.

İkinci müstəvi isə birbaşa erməni dilinin semantik strukturuna dərindən bələd olan peşəkar mütəxəssislərin yetişdirilməsidir. Təəssüf ki, uzun illər ərzində bu sahədə kafi dərəcədə mütəxəssis bazasının olmaması ən həssas problemlərimizdən biri kimi qalıb. Azərbaycan Dillər Universitetində 2023-cü ildən erməni dili üzrə tərcümə ixtisası açılıb və ilk il 10 tələbə qəbul olunub. Digər universitetlərdə (məsələn, Bakı Dövlət Universiteti, UNEC) ayrı-ayrı fənn və ya qısamüddətli kurslar var, amma kütləvi deyil. Əvvəllər ixtisaslaşanların sayı çox aşağı idi (10-25 nəfər). Bu, mütəxəssis bazasının hələ də məhdud olduğunu göstərir.

Ermənistanla hələ də yekun sülh müqaviləsinin imzalanmadığı və regionda xarici güclərin əli ilə revanşist meyillərin körükləndiyi bir şəraitdə, bu dilə vaqif olan kadrlar milli təhlükəsizlik üçün hava və su kimi lazımdır.

Düşmən dilini və onun daxili dinamikasını bilən hər bir mütəxəssis, bu gün cəbhədəki əsgər qədər vacibdir. Diplomatik və informasiya müstəvisində effektiv mübarizə aparmaq üçün biz aşağıdan yuxarıya doğru bütün səviyyələrdə bu strateji biliyi inkişaf etdirməyə məcburuq.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости