U-17 millimizdən Avropa çempionatında güclü performans
Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəni davam etdirirlər.
TodayPress TV xəbər verir ki, Nuray Cəfərli (46 kq) macarıstanlı Vivyen Sentpala üzərində 7:3 hesablı qələbə qazanaraq Samokov turnirinin yarımfinal mərhələsinə yüksəlib.
Nurayın komanda yoldaşı Fatimə Bayramova (53 kq) da ukraynalı Kamilla Pihora üzərində 6:3 hesablı qələbə sayəsində eyni uğura imza atıb.
Millimizin digər üzvlərindən Simurə Abdullayeva (69 kq) 1/4 finalda Türkiyə təmsilçisi Kıymet Tezcana, Fidan Babayeva (61 kq) isə 1/8 finalda isveçrəli güləşçi Inez Airaksinenə məğlub olub.
Namiq HUN