“Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı!
“Qəbələ” klubu heyətdə yer alan üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İbrahim Sanqare və Rüfət Əhmədov ilə müqavilə müddətinin başa çatması səbəbindən əməkdaşlığa son qoyulub.
Bundan başqa, Turan Manafov da komandadan ayrılıb. Müdafiəçi CAR təmsilçisi “Stellenboş”dan icarəyə götürüldüyü üçün icarə müqaviləsinin başa çatması ilə klubdan ayrılıb.
“Qəbələ” rəhbərliyi hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Namiq HUN