Qərarlar gündəm oldu: Ağayevə cəza verildi!
FIFA referisi Əliyar Ağayev Əvəzedicilər Liqasına göndərilib.
TodayPress TV PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” matçındakı səhv qərarlarına görə Əliyar Ağayev Əvəzedicilər Liqasınnın 25-ci turunda “Zirə-2” – “Sumqayıt-2” matçının referisi olacaq.
Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Ağayevi “Turan Tovuz” – “Zirə” görüşündə (3 aprel) etdiyi səhvlərə görə cəzalandırıb. O, iki epizodda “Turan Tovuz”un lehinə penalti təyin etməyib.
Namiq HUN