Parexonun ayrılığı azarkeşləri kədərləndirdi!
Dani Parexo “Vilyarreal” klubu ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü 6 illik əməkdaşlıqdan sonra komandadan ayrılmaq qərarı verib.
37 yaşlı yarımmüdafiəçi “Vilyarreal”ın heyətində keçirdiyi 269 oyunda 16 qola imza atıb.
Dani Parexo klubla birlikdə 2020/2021-ci illər mövsümündə UEFA Avropa Liqasının qalibi olub. O, həmçinin komandanın UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlməsində mühüm rol oynayıb.
Qeyd edək ki, təcrübəli futbolçunun karyerasını hansı komandada davam etdirəcəyi hələlik məlum deyil.
Namiq HUN