NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi”

NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi”
01.06.2026 15:01

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Şey Gilces-Aleksander 2025/2026 mövsümünün yekunları ilə bağlı diqqətçəkən açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Basketball Network” portalı məlumat yayıb.  

“Oklahoma-Siti Tander” klubunun ulduz oyun qurucusu mövsümü şəxsi hədəfləri baxımından uğursuz hesab etdiyini bildirib:

“Bu, uğursuzluq idi. Məqsədimə çatmadım və istədiyim nəticəni əldə etmədim. Amma uğursuzluqlar sayəsində özüm haqqında çox şey öyrənirəm və sonradan karyeramın ən böyük uğurlarına nail oluram”.

Xatırladaq ki, Gilces-Aleksander ötən müntəzəm mövsümdə 68 oyunda iştirak edib. O, hər matçda orta hesabla 31,1 xal, 4,3 ribaund və 6,6 məhsuldar ötürmə ilə yadda qalıb.

Kanadalı basketbolçu son illərdə NBA-in ən parlaq ulduzlarından biri hesab olunur və Oklahoma təmsilçisinin əsas liderlərindən biridir.

Namiq HUN

TodayPress TV