Fliklə bağlı gözlənilən xəbər nəhayət təsdiqləndi
Hans-Diter Flik “Barselona” ilə yeni müqavilə imzalamağa razılaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, almaniyalı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Sazişdə əlavə olaraq 2029-cu ilə qədər uzadılma opsiyası da yer alıb.
Bildirilib ki, tərəflər bir neçə həftə əvvəl əldə olunan şifahi razılaşmadan sonra bütün detalları yekunlaşdırıblar. Hans-Diter Flikin agenti Pini Zahavi ilə “Barselona” rəhbərliyi arasında aparılan danışıqlar uğurla başa çatıb.
Hazırkı müqavilə 2027-ci ilin yayına qədər qüvvədə idi. Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Namiq HUN