Bakıda UFC həyəcanı: bütün döyüş cütləri açıqlandı

Bakıda UFC həyəcanı: bütün döyüş cütləri açıqlandı
12.05.2026 16:00

Bakıda keçiriləcək “UFC Fight Night Baku” turnirinin bütün döyüşləri açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb. 

Gecənin əsas döyüşü yüngül çəki dərəcəsində Azərbaycan təmsilçisi Rafael Fizievlə meksikalı Manuel Torres arasında keçiriləcək. 

Turnirin ikinci əsas döyüşü orta çəkidə Şarabutdin Maqomedovla braziliyalı Miçel Pereyra arasında baş tutacaq.

Digər döyüşlərdə Nazim Sadıqov yüngül çəkidə braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq. Qazax Asu Almabayev isə reytinq döyüşündə amerikalı Çarlz Conson ilə üz-üzə gələcək.

Orta çəkidə İkram Aliskerov braziliyalı Brunno Ferreyra ilə qarşılaşacaq. Almaniyalı Abus Maqomedov isə Polşadan olan Mixal Oleksieyçukla döyüşəcək.

Yarımağır çəkidə məğlubedilməz Abdul Rəhman Yaxyayev amerikalı Culius Uolker ilə döyüşdə rekordunu qorumağa çalışacaq. UFC-də debüt edəcək həmyerlimiz Fərman Həsənov isə yarımorta çəkidə Erik Nolan ilə döyüşəcək.

Orta çəkidə İsmayıl Naurdiyev italiyalı Marvin Vettori ilə qarşılaşacaq. Digər orta çəki görüşündə isə özbəkistanlı Nursulton Ruziboyev rusiyalı Andrey Pulyayev ilə döyüşəcək.

Yarımorta çəkidə ukraynalı Daniil Donçenko isveçli Andreas Qustafsson ilə qarşılaşacaq. Bantam çəkidə isə qazaxıstanlı Bekzat Almaxan ilə braziliyalı Yan Matsumoto görüşəcək.

Qeyd edək ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости