Bakı-Xankəndi yarışında ikinci etapın qalibi bəlli oldu

Bakı-Xankəndi yarışında ikinci etapın qalibi bəlli oldu
11.05.2026 16:42

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 2-ci mərhələ başa çatıb. 

TodayPress TV xəbər verir ki, bu dəfə velosipedçilər “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər. 

Mərhələ çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib və liderin dəyişməsi ilə yadda qalıb.

Mərhələnin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. O, 4 saat, 41 dəqiqə, 38 saniyə göstərici ilə finiş xəttini 1-ci keçib.  

İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun üzvü Aleksandr Balmer 2-ci, İspaniyanın “Burgos Burpellet BH” pro-kontinental komandasının təmsilçisi Erik Antonio Faqundes isə 3-cü olub.

Yevgeni Fyodorov həm də ümumi təsnifatda liderliyi ələ keçirərək, “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyə yiyələnib. O, həmçinin “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyə də sahib çıxıb. 

Mayın 12-də keçiriləcək 3-cü mərhələdə velosipedçilər Qəbələ şəhərindən start götürməklə Mingəçevir şəhərinə qədər 162,9 km məsafə qət edəcəklər.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости