“Bakı-Xankəndi” veloyürüşündə növbəti həyəcanlı mərhələ başlayır
Bu gün “Bakı-Xankəndi” veloyürüşünün üçüncü mərhələsi keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu dəfə velosipedçilər 162,9 kilometrlik məsafədə mübarizə aparacaqlar.
İştirakçılar Qəbələ şəhərindən Mingəçevir şəhərinə qədər uzanan marşrut üzrə hərəkət edəcəklər.
Veloyürüşə Qəbələdən start veriləcək, mərhələ isə Mingəçevirdə başa çatacaq.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət yarışın mükafat fondu 50 min avrodan çoxdur.
“Bakı-Xankəndi” veloyürüşünün final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
Turnirə mayın 14-də yekun vurulacaq.
Namiq HUN