Azərbaycan şahmatçısından böyük uğur - rapiddə gümüş nəticə
Rumıniyada şahmatın rapid növü üzrə keçirilən Buxarest Qran-Prisi Azərbaycan şahmatçıları üçün uğurla başa çatıb.
TodayPress TV xəbər verir ki, turnirdə ölkəmizi beynəlxalq qrossmeysterlər Rauf Məmmədov və Aydın Suleymanli təmsil edib.
Yarışın nəticələrinə əsasən, 8,5 xal toplayan Meksika şahmatçısı Xose Martines Alkantara ilə Aydın Süleymanlı 1–2-ci yerləri bölüşüblər. Əlavə göstəricilərə görə Azərbaycan təmsilçisi turniri 2-ci yerdə başa vurub.
Digər şahmatçımız Rauf Məmmədov isə 8 xalla 7-ci pillədə qərarlaşıb.
Namiq HUN