Azərbaycan nümayəndəsi Avropa Federasiyasında ilkə imza atdı!

Azərbaycan nümayəndəsi Avropa Federasiyasında ilkə imza atdı!
18.05.2026 16:52

Türkiyənin Antalya şəhərində Avropa Kamandan Oxatma Federasiyasının (World Archery Europe) 20-ci Konqresi keçirilib. Avropanın 38 ölkəsinin iştirak etdiyi Konqresdə kamandan oxatmanın inkişafı, federasiya komitələrinin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.

TodayPress TV xəbər verir ki, Azərbaycan üçün əsas hadisə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilovun Federasiyanın İnkişaf və Texniki Komitəsinin tərkibinə seçilməsi olub. 

Bu komitə iştirakçı ölkələr arasında kamandan oxatmanın inkişafı və texniki istiqamətləri üzrə fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan nümayəndəsinin Federasiyanın rəsmi komitəsinin tərkibinə seçilməsi ölkə kamandan oxatma idmanı üçün mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın bu idman növünün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə inkişafında daha fəal iştirakının göstəricisidir.

Səsvermənin nəticələrinə əsasən, Fərid Xəlilov ilk turda tələb olunan səs sayını toplayaraq komitənin üzvü seçilib və bununla da Federasiyanın rəsmi komitəsinə seçilən ilk Azərbaycan nümayəndəsi kimi tarixə düşüb.

Konqres çərçivəsində həmçinin Federasiyanın yeni rəhbərliyinə seçkilər keçirilib. Təşkilata 20 il rəhbərlik edən Mario Scarzella prezident postunu tərk edib. Federasiyanın yeni prezidenti isə daha əvvəl vitse-prezident vəzifəsində çalışmış Hakan Çakıroğlu (Türkiyə) seçilib.

Namiq HUN

TodayPress TV

ФОТО

Azərbaycan nümayəndəsi Avropa Federasiyasında ilkə imza atdı! — 1
ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости