Həsən Əliyev küçəsində qəza: FHN və polis hadisə yerində
14 mayda paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.
TodayPress TV metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və polis əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Türkan İsgəndərli