Ciddi ziyan dəydi, xəsarət alan var — Yanğının TƏFƏRRÜATLARI
Xəbər verdiyimiz kimi, səhər saatlarında Hüseyn Cavid prospektində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, hadisənin təfərrüatları məlum olub.
Belə ki, yanğın prospektdə yerləşən mənzildə baş verib. Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, mənzildə iki nəfər olub. Xəsarət alan şəxsə yerində ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb.
Yanğın nəticəsində mənzilə ciddi ziyan dəyib və ev yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğının yayılmasının qarşısı alınıb və söndürülüb.