20 günün əsgəri niyə ölüb ki? - Səfərbərlik Xidməti açıqlayır - Açıqlama

20 günün əsgəri niyə ölüb ki? - Səfərbərlik Xidməti açıqlayır - Açıqlama
12.05.2026 11:35

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.

TodayPress TV xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.

Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğuya cavab olaraq bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.

(Qafqazinfo)

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости