SOCAR və "ENOC Group" enerji sektorunda əməkdaşlığı müzakirə etdi

SOCAR və "ENOC Group" enerji sektorunda əməkdaşlığı müzakirə etdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin "ENOC Group" arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə TodayPress TV-yə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ENOC Group"un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə keçirilən görüşdə aparılıb.

Görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari ilin noyabrında SOCAR ilə "Dragon Oil" arasında imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

TodayPress TV

ФОТО

SOCAR və "ENOC Group" enerji sektorunda əməkdaşlığı müzakirə etdi — 1
SOCAR və "ENOC Group" enerji sektorunda əməkdaşlığı müzakirə etdi — 2
ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости