ABŞ-nin kommersiya neft ehtiyatları 425 milyon bareldən aşağı endi
ABŞ-də kommersiya neft ehtiyatları 3 426 min barel azalıb və 424 155 min barel təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 600 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.