ABŞ-də regionlararası enerji əməkdaşlığının inkişafı müzakirə edildi

ABŞ-də regionlararası enerji əməkdaşlığının inkişafı müzakirə edildi

Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları Ağ Evdə müzakirə olunub.

TodayPress TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşdə olub.

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlarası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости