Tez yatmaq xroniki yuxu çatışmazlığının əlamətidir

Tez yatmaq xroniki yuxu çatışmazlığının əlamətidir
28.11.2025 19:30 Здоровье

Mütəxəssislərin məlumatına görə, dünyada insanların təxminən 40 faizi kifayət qədər yuxu almır və bu, müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır.

TodayPress TV xəbər verir ki, xroniki yuxusuzluğun diqqətçəkən əlamətlərindən biri isə təxminən 5 dəqiqə və ya daha az müddətdə yuxuya getməkdir.

Mütəxəssislər bildirirlər ki, sağlam insanlarda yuxuya keçid prosesi adətən 10-15 dəqiqə çəkir. Bu müddətin kəskin şəkildə azalması uzunmüddətli yuxu çatışmazlığına işarə ola bilər.

Qeyd edilir ki, yuxusuzluq yalnız gecə oyaq qalmaqla ölçülmür. Gündüz həddindən artıq yuxululuq, diqqətin azalması və gündəlik fəaliyyətə mənfi təsir də problemin əsas göstəricilərindəndir.

Həkimlər yuxu rejiminin normallaşdırılması üçün həyat tərzində dəyişikliklər etməyi, problem davam edərsə, mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости