Nazir: Azərbaycanda tibb təhsilinin inkişafı dövlət siyasətinin prioritetidir
"Azərbaycanda tibb təhsilinin inkişafı dövlət siyasətinin prioritetidir".
TodayPress TV xəbər verir ki, bu fikirləri ”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.
Səhiyyə naziri qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanitar təşəbbüsləri, həmçinin rəqəmsallaşma və maddi-texniki bazanın gücləndirilməsi bu sahənin inkişafında mühüm rol oynayır.