Məişət texnikaları sağlamlıq üçün gizli risk yaradır

Məişət texnikaları sağlamlıq üçün gizli risk yaradır
20.12.2025 19:30 Здоровье

Cənubi Koreyanın Pusan Milli Universitetinin alimləri adi məişət cihazlarının sağlamlıq üçün potensial risk daşıdığını müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, “Təhlükəli Materiallar Jurnalı”nda dərc olunan araşdırmaya görə, tosterlər, elektrik qızdırıcıları və saç qurutma maşınları qapalı məkanlarda çox kiçik ölçülü – 100 nanometrdən az olan ultra incə hissəciklər buraxa bilir. Bu hissəciklər ağciyərlərin dərin qatlarına qədər nüfuz edə bilir.

Tədqiqat zamanı ən yüksək çirklənmənin adi tosterlərdə qeydə alındığı bildirilib. Alimlərin sözlərinə görə, hətta çörək olmadan işləyən tosterlər belə dəqiqədə trilyonlarla hissəcik buraxa bilir. Xüsusilə köhnə tip, fırçalı mühərriklərə malik saç qurutma maşınları və qızdırıcılar da yüksək emissiya ilə seçilib. Daha yeni, fırçasız mühərrikli cihazlarda isə bu göstərici xeyli aşağı olub.

Araşdırmada həmçinin bu hissəciklərin tərkibində mis, dəmir, alüminium və titan kimi ağır metalların aşkarlandığı qeyd edilir. Alimlər bildirirlər ki, uşaqlarda hava yolları daha dar olduğu üçün risk daha yüksək ola bilər.

Tədqiqat birbaşa xəstəlik təsirini ölçməsə də, ultra incə hissəciklərin əvvəllər astma, ürək-damar xəstəlikləri və iltihabla əlaqələndirildiyi vurğulanır. Alimlər qapalı məkanlarda hava keyfiyyəti ilə bağlı daha sərt standartların tətbiqini təklif edirlər.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости