Rasim Balayev VƏFAT ETDİ
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
TodayPress TV Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!