Quba-Xınalıq yolunda hərəkət bərpa olundu
Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub.
TodayPress TV xəbər verir ki, artıq Xınalıq kəndinin rayon mərkəzi ilə gediş-gəlişi təmin edilib.
Məlumata görə, sel sularının yolda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.