Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
Naxçıvanda evdən ər və arvadın meyitləri tapılıb.
TodayPress TV "AZƏRTAC"a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.