Gədəbəydə körpə öldü
Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən ölüb.
TodayPress TV xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini 2024-cü il təvəllüdlü A.Musayevin yaşadığı evdə qəflətən halı pisləşib. Azyaşlı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, azyaşlı epilepsiya xəstəsi olub.
Hazırda faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.