Dələduzluq etdiyi üçün axtarışda olanlar saxlanıldı
Azərbaycanda dələduzluğa görə 8 nəfər saxlanılıb.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının martın 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.