Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanıldı
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.