Binəqədidə baş vermiş yanğın söndürüldü
Bakı şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə TodayPress TV-yə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
Qeyd edilib ki, yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.