MEDİA: İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır

MEDİA: İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır
24.04.2026 17:21

Mətbuatda Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və yanlış məlumatlara əsaslanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılması yolverilməz hesab edilir:

"Bəyan edirik ki, "Media haqqında" qanununun müvafiq maddəsinə əsasən, saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir. Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости