Kəmalə Ağazadənin SON DURUMU açıqlandı
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin vəziyyəti orta ağır olaraq qalır.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən bildirilib.
Qeyd olunub ki, onun müalicəsi Sabunçu Tibb Mərkəzində stasionar şəraitdə davam etdirilir.
Xatırladaq ki, 22.01.2026-cı il tarixində saat 11:00 radələrində Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə ixtisaslı həkim müayinəsinə müraciət edib. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
Türkan İsgəndərli