Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
01.06.2026 20:55

Şəkinin bəzi yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 02.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Şəki rayonunun Bideyiz və Baş Küngüt kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişinin işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib.

TodayPress TV